• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Gələn ilin dövlət büdcəsi bu tarixdə müzakirə olunacaq

CƏMİYYƏT

25 Oktyabr 2023 | 12:50

Gələn ilin dövlət büdcəsi bu tarixdə müzakirə olunacaq

Milli Məclisdə "2024-cü ilin dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirəyə çıxarılacağı vaxt açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, layihə əvvəlcə parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 2-də keçirilməsi nəzərdə tutulan iclasında I oxunuşda müzakirə olunacaq.

Layihə daha sonra digər komitələrin toplantılarında da müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, 2024-cü il dövlət büdcəsinin gəlirləri 34 173 000,0 min manat, xərcləri 36 763 000,0 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 33 399 895,0 min manat, yerli gəlirləri 773 105,0 min manat, mərkəzləşdirilmiş xərcləri 35 980 547,0 min manat, yerli xərcləri 782 453,0 min manat) məbləğində müəyyən edilib. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026