"Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev cərimələndi.
Bakıvaxtı.az "Qaynarinfo"ya istinadla xəbər verir ki,Rauf Vəliyevin cərimələnməsinə səbəb Valyuta vəsaitinin xaricdən geri qaytarılmamasıdır.
Məlumata görə, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən protokol irəli sürülüb.
Beləki, 430.4-cü maddəyə görə, valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
İş Səbail Rayon Məhkəməsinin hakimi Şəhla Süleymanovanın icraatındadır.



jpeg-1709817070.webp)






jpeg-1709813717.webp)





