• Bakı 11° C

    8.36 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Türkiyə vətəndaşı Gəncədə qəza törətdi - FOTOLAR

CƏMİYYƏT

07 Mart 2024 | 15:27

Türkiyə vətəndaşı Gəncədə qəza törətdi - FOTOLAR

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi qeydə alınmayıb.

Bakıvaxtı.az xəbər verir ki, şəhərin Ozan küçəsində Türkiyə vətəndaşı olan Ozan Alkanın idarə etdiyi "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobilə zərər dəyib.

Sürücünün sözlərinə görə, yolda olan çuxur qəzaya səbəb olub. Belə ki, avtomobil çuxura düşdükdən sonra təkər şini partlayıb və nəqliyyat vasitəsi idarəetmədən çıxıb.

Qeyd edək ki, O.Alkan Gəncə şəhərində olan ali məktəblərin birinin tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.


Türkiyə vətəndaşı Gəncədə qəza törətdi - FOTOLARTürkiyə vətəndaşı Gəncədə qəza törətdi - FOTOLARTürkiyə vətəndaşı Gəncədə qəza törətdi - FOTOLARTürkiyə vətəndaşı Gəncədə qəza törətdi - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026