İspaniya La Liqa komandası "Real Madrid" Valensiyada baş verən daşqın fəlakətindən zərər çəkənlərə yardım edəcək.
Bakıvaxtı.az bu barədə xarici mətbuata istinadla xəbər verir.
Klubun saytında verilən açıqlamaya görə, İspaniya klubu ən azı 200 nəfərin həyatını itirdiyi Valensiyada baş verən dəhşətli sel fəlakəti səbəbilə pul toplama kampaniyasına başlayıb.
Belə ki, "Real Madrid" kampaniya çərçivəsində 1 milyon avro ianə verib.
Mina Mikayılova
















