• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Regionlarımız müasir Azərbaycan standartlarına uyğun qurulur

LAYİHƏ

15 Sentyabr 2023 | 16:09

Regionlarımız müasir Azərbaycan standartlarına uyğun qurulur

6.3.11 regionların sosial-iqtisadi inkişafının təşfiq edilməsi

Paytaxt Bakı ilə yanaşı ölkəmizin regionlarında da sosial-iqtisadi inkişafın şahidiyik. Habelə, 30 illik həsrətdən sonra torpaqlarımızda yenidən quruculuq, bərpa işlərinə start verilib.

Elə bunun nəticəsidir ki, hal-hazırda Qarabağın əsrarəngiz təbiəti və gözəl guşələri yenidən istifadəyə yararlı haldadır. İşğaldan azad edilən regionlarımızda yenidən qurma bərpa quruculuq işlərinin həyata keçməsi isə Ali Baş Komandan cənab İlham Əliyevin müdrik siyasəti sayəsində gerçəkləşdirilib. Hətta prezident Qarabağ işğaldan azad edilməmişdən əvvəl digər region və ərazilərimizin inkişafı üçün "Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın sürətləndirilməsi tədbirləri haqqında" 24 noyabr 2003-cü il tarixli fərman imzalayıb.

Mahir Abbaszadə: Ərazilərin hansı sahələr üzrə ixtisaslaşdığını nəzərə alaraq bu istiqamətdə işlər görməliyik

Milli Məclisin deputatı Mahir Abbaszadə Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, hər şeydən əvvəl qeyd edilməlidir ki, regionların sosial-iqtisadi inkişafı Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin göstərişlərinə və sərəncamlarına əsasən, hyata keçirilir. Və hətta regionların inkişafı yöndə bir neçə dəfə dövlət proqramları qəbul edilib. Həmin dövlət proqramlarına uyğun olaraq, Azərbaycan Respublikasının dövlət büdcəsindən və digər mənbələrdən regionlarımızın sosial-iqtisadi nöqteyi nəzərdən inkişaf etdirilməsi ilə bağlı kifayət qədər işlər görülüb. Və bu gün biz regionlarımızın simasına baxanda görürük ki, Azərbaycanın qəbul etdiyi dövlət proqramları ən yüksək səviyyədə yerinə yetirilib:

"Əvvəla onu qeyd etmək lazımdır ki, ölkəmizdə kilometrlərlə yolların çəkilməsi, regionlarımızda 100%-lik enerji təminatının həyata keçirilməsi, qazlaşmanın təxminən 95%-dən yuxarı olması, yeniləşən Azerbaycan çərçivəsi nöqteyi nəzərdən yeni məktəblərin və baxçalarına tikilib istifadəyə verilməsi, vergi güzəştlərinin tətbiq edilməsi, gömrük güzəştlərinin tətbiq edilməsi bütün bunların hər biri ölkə rəhbərinin rəhbərliyi ilə Azərbaycanda aparılan sosial-iqtisadi islahatların tərkib hissəsi olaraq regionlarımızı əhatə edir".

Müsahibimizin sözlərinə görə, digər mühüm bir məqam ondan ibarətdir ki, artıq o qədər yüksək səviyyədə sadalanan proqramlar həyata keçirilir ki, regionlarımızın rayon mərkəzlərinin siması dəyişilərək, müasir Azərbaycan standartlarına uyğun qurulmaqdadır. Və bunun nəticəsidir ki, biz regionlarımızda həm insanların daimi yaşamasını təmin etmək, eyni zamanda bu ərazilərdə vergilərin və dövlət büdcəsində ödənişlərin il boyu artmasının şahidi oluruq: "Sosial-iqtisadi inkişaf proqramları çərçivəsində Azərbaycan dövlətinin indiyə qədər apardığı mühüm işlərin nəticəsi olaraq, artıq Azərbaycanda təxminən 30-dan artıq rayon özünü maliyyələşmə sisteminə keçib ki, bu da aparılan islahatların nəticəsində hayata keçirilib. Yəni yeni iş yerlərinin yaradılması, hər regiona məxsus olaraq iqtisadi imkanların artırılması istiqamətində görülən işlərin nəticəsidir. Əslində regionların iqtisadi inkişafı nöqteyi nəzərdən biz Azərbaycanın müxtəlif regionlarında həm təbiətin və relyefin verdiyi fürsətlərdən istifadə edərək, eyni zamanda illərlə bu ərazilərin hansı sahələr üzrə ixtisaslaşdığını nəzərə alaraq bu istiqamətdə işlərimizi həyata keçirməliyik. Xüsusilə bu sahədə regionlarımızın turizm inkişafına böyük bir töhvəni qeyd etmək istəyirdim. Yəni, əgər Azərbaycanın dağlıq hissələrində biz qış və yay turizmini inkişaf etdirə bilmişiksə, eyni zamanda nəzərə almaq lazımdır ki, digər ərazilərdə sağlamlıq turizminin inkişafına, sosial-iqtisadi inkişaf proqramlarına mühüm bir tövbələr verilməkdədir".

Mahir Abbaszadə xüsusilə vurğulayıb ki, məhz bunun nəticəsidir ki, biz artıq regionlarımızda özünü maliyyələşmə sisteminə keçə bilmişik. Bu da rayonların mərkəzi büdcədən asılılığının azalmasına, həmçinin yerli institutların sürətlə inkişaf etməsinə gətirib çıxarıb: "Sosial-iqtisadi inkişaf nöqteyi nəzərdən bundan sonrakı perspektivlərdə təbii ki, Azərbaycanın 2020-ci ildə işğal altında olan torpaqları tamamilə geri qayıtdıqdan sonra Azərbaycan iqtisadiyyatı üçün yeni bir mənzərənin yaranmasıdır. Biz uzun müddət inkişafımızı Qarabağ iqtisadi rayonu və Şərqi Zəngəzur iqtisadi rayonundan kənarda tutmuşuq. Amma biz torpaqları işğal altından xilas etdikdən sonra təbii ki, bu ərazilərin inkişaf etdirilməsi də Azərbaycan dövlətinin qarşısında əsas məqsədlərdən biridir".

Deputat əlavə edib ki, Qarabağda Şərqi Zəngəzur iqtisadi rayonunun torpaqlarının münbit olması, bərəkətli olması, bu ərazilərdə turizmin inkişaf etdirilməsi ilə bağlı təbiətin özünün, ərazilərin özünün verdiyi fürsətlər digər bir tərəfdən bu ərazilərin fauna və florasının həddindən artıq zəngin olması, başqa bir tərəfdən su ehtiyatlarının bu ərazilərdə daha çox olması eyni zamanda həm də Azərbaycan dövləti tərəfindən bu ərazilərə investisiyaların edilməsi ölkənin bütünlükdə iqtisadiyyatına müsbət təsirlərini göstərəcəkdir. Və ilkin hesablara görə Azərbaycan iqtisadiyyatının təxminən 20% böyüməsinə səbəb olacaqdır: "Eyni zamanda həm də xüsusilə iqtisadiyatın inkişafı nöqteyi nəzərdən su ehtiyatlarının daha çox olması, bu da çox vacib məqamlardandır və bilirik ki, Qarabağ Zəngəzur iqtisadi rayonu bütövlükdə Azərbaycanın su ehtiyatlarının 25-30%-ni özündə cəmləşdirir. Həm də nəzərə alsaq ki, sağlamlıq turizmi ilə bağlı mineral su ehtiyatlarının təxminən 40 %-i Laçın, Kəlbəcər, Şuşanın payına düşür".

"Bütün bunlar Azərbaycan dövləti tərəfindən regionların sosial-iqtdadi inkişafına verilən diqqət bütövlükdə Azərbaycanın sosial-iqtsadi inkişafının surətlə həyata keçirilməsini qarşıdakı vaxtlarda proqnozlaşdırmaq olar. Və təbii ki, bunun da ən böyük töhfəsi Azərbaycan xalqının, xüsusilə də regionlarda yaşayan insanların rifah halının yaxşılaşdırılmasına gətirib çıxaracaq",-deyə o qeyd edib.

Eyyub Kərimli: Regionlarımızda kənd təsərrüfatı, turizm, İKT, emal sənayesi inkişaf edir

"Bu gün ölkəmizin sosial-iqtisadi inkişafı həm də regionları əhatə edir. Belə ki, artıq qəbul edilmiş 2019-2023-cü il regionların sosial-iqtsadi strategiyasına əsasən, regionlarımızda tarazlı inkişaf təmin edilibdir".

Bunu isə Bakıvaxtı.az-a açıqlamasında iqtisadçı-ekspert Eyyub Kərimli deyib. Onun sözlərinə əsasən, artıq 41-ə yaxın region mərkəzinin büdcədən maliyyələşməsi azalıb. Və ya 41 regionumuz, rayonumuz artıq özünü maliyyələşmə prinsipi ilə fəaliyyət göstərir: "Bu gün qeyri-neft sektorunda biz artım müşahidə edirik və qeyri-neft sektorunda artım artıq 41%-ə çatıb. Bu gün regionlarımızın sosial-iqtdadi və tarazlı inkişafı yavaş-yavaş təmin olunur. Bununla yanaşı regionlarımızda kənd təsərrüfatı, turizm, informasiya kommunikasiya texnologiyaları, emal sənayesi inkişaf etməyə başlayıb. Həmçinin ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün mühüm işlər həyata keçirilib".

Müsahibimiz qeyd edib ki, bu gün taxıl istehsalında artım var. Ötən illərə nisbətən düyü istehsalında həmçinin, toyuq əti istehsalında da artım halı müşahidə edilib: "Bunlar da sözsüz ki, regionların inkişafının bariz nümunəsidir. Bugün iş yerlərinin yaradılmasında geniş imkanlara sahibik. Və demək olar ki, məşğulluq iş yerləri sahəsində 13% artım olub. Əvvələr biz kənd təsərrüfatı məhsullarını tək Rusiya bazarına ixrac edirdiksə, indi artıq Avropa bazarlarına çıxara bilirik. Bu da gələcək qeyri-neft sektorunun inkişafının əlamətidir. Və regionlarımızın inkişaf etdiyini göstərən mühüm amillərdən biridir".

Xəyalə Rza

Yazı Medianın İnkişafı Agentliyininmaliyyə dəstəyi ilə hazırlanıb


SON XƏBƏRLƏR

26 Iyul 2024