Çinin Ningbo limanı Şimal Dəniz Marşrutu ilə gəmi daşımalarını sınaqdan keçirməyə hazırlaşır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Məlumata görə, ilk gəmi səfərə sentyabrın 20-də başlayacaq.
“Nəqliyyat artıq bir nöqtədən digərinə, məsələn, Çin limanından Hamburq və ya Sankt-Peterburqa həyata keçirilib. Bu səfər isə fərqlidir. Gəmi Çindəki dörd limana daxil olacaq, sonra Arktika vasitəsilə keçəcək, daha sonra isə Böyük Britaniya, Rotterdam, Hamburq və Qdansk limanlarına baş çəkəcək. Bu, artıq adi dəniz nəqliyyat marşrutuna daha çox bənzəyir”, – deyə ABŞ-niun Arktika İnstitutunun qurucusu Malte Humpert izah edib.
Ekspertin sözlərinə görə, Çin daşımaları həyata keçirən şirkətlər hazırda bilik və təcrübə toplayır, ekipajı təlimləndirirlər. Yaxın gələcəkdə iqlim dəyişikliyi fonunda buz örtüyünün 30-50 faiz azalacağı gözlənilir və bu da Arktikanı nəqliyyat şirkətləri üçün daha cəlbedici edəcək.
Mina Mikayılova