Ötən gecə dünyasını dəyişən bəstəkar-müğənni Rəhim Rəhimli ilə vida mərasimi başa çatıb.
Bakıvaxtı.az xəbər verir ki, mərasimdə mərhumun sənət dostları, ailə üzvləri, yaxınlar iştirak ediblər.
R.Rəhimli Bülbülə qəbiristanlığında torpağa tapşırılacaq.
09:56
Müğənni Rəhim Rəhimli vəfat edib.
Bakıvaxtı.az xəbər verir ki, hazırda müğənninin evində vida mərasimi keçirilir.
Qeyd edək ki, Rəhim Rəhimli 43 yaşında ürək tutmasından vəfat edib. Hazırda ifaçının evində media nümayəndələri və sənətçinin yaxınları var.
















