• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Rəisi Milli Məclisdə yad edildi

SİYASƏT

21 May 2024 | 13:19

Rəisi Milli Məclisdə yad edildi

“Bildiyiniz kimi, İranın Prezidenti və nümayəndə heyətini daşıyan helikopter qəzaya uğrayıb. Təklif edirəm ki, onların ailələrinə başsağlığı verək və xatirələrini bir dəqiqəlik sükutla yad edək”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.

    Təklif qəbul edilib.

    Azərbaycan Milli Məclisi helikopter qəzasında həlak olan İran Prezidenti və digər şəxslərin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

    Qeyd edək ki, mayın 19-da helikopterin İran ərazisində qəzaya uğraması nəticəsində Prezident İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və daha bir neçə rəsmi şəxs həlak olub.

    Qəzanın səbəbləri araşdırılır.


    SON XƏBƏRLƏR

    26 Iyul 2024