"Yataqxana məsələsi problemdir".
Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, professof Gülçöhrə Məmmədova universitetə təşkil olunan mediaturda deyib.
Onun sözlərinə görə, rəhbərlik etdiyi universitetin tələbə şəhərciyində 5 bina olsa da, ancaq biri tələbə yataqxanası kimi fəaliyyət göstərir.
"Çünki daha əvvəl burada məcburi köçkünlər məckunlaşmışdılar. Bu, Elm və Təhsil Nazirliyinin də diqqətindədir. Ancaq hazırda bizim əlimizdə bunun üçün vəsait yoxdur”, - deyə Gülçöhrə Məmmədova əlavə edib.
Aytac Aslan