• Bakı 13° C

    4.97 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Rəşad Dağlı ilə bağlı ailəsindən MÜRACİƏT

MƏDƏNİYYƏT

21 Noyabr 2022 | 09:49

Rəşad Dağlı ilə bağlı ailəsindən MÜRACİƏT

Hazırda həbsdə olan meyxanaçı Rəşad Dağlının oğlu Yusif videomüraciət yayımlayıb.

Bakıvaxtı.az xəbər verir ki, o, atası üçün atılan addımlardan ailənin narahat olduğunu bildirib. Yusif üzərində atasının şəkli olan köynəklərin yığışdırılmasını istəyib:

"Atamı sevənlərə, dəstək olanlara, dua edənlərə minnətdaram. Atamla bağlı hər hansı bir addımın atılmasını istəmirik. Çünki həmin hərəkətlər birmənalı qarşılanmır və bizə pis təsir edir. Dua edin yetər". 

Bununla bağlı video Rəşad Dağlının və Yusifin öz şəxsi səhifəsində paylaşılıb. Yusif atasının profilini əmisinin işlətdiyini deyib.  

Qeyd edək ki, qətl hadisəsi noyabrın 9-u saat 05 radələrində Qaradağ rayonu ərazisində qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü R.Əmirov tanışı, 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək qətlə yetirib. Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Rəşad Dağlı barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.


Rəşad Dağlı ilə bağlı ailəsindən MÜRACİƏT
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026