• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Roma Papası Ukraynaya getmək istəyir

DÜNYA

05 Iyun 2022 | 00:59 | Müəllif: Qalib İbrahimoğlu

Roma Papası Ukraynaya getmək istəyir

Roma Papası Fransisk Vatikanda uşaqlarla görüşüb.

Bakıvaxtı.az-ın UNİAN-a istinadən xəbərinə görə, Papa görüşdə Zaxar adlı ukraynalı uşağın “Mənim bir xahişim var: hazırda orada əziyyət çəkən bütün uşaqları xilas etmək üçün Ukraynaya gələ bilərsinizmi” sualına cavab olaraq bildirib ki, indi onun səfəri bütün dünyaya xeyirdən çox zərər verə bilər.

O, Ukraynaya getmək istədiyini, bunu etmək üçün anı gözləməyin lazımlığını deyib: "Mən bunu etmək üçün düzgün vaxt tapmalıyam. Gələn həftə Ukrayna hökumətinin nümayəndələrini qəbul edəcəm, danışıqlara gələcəklər və mənim ora mümkün səfərimi də müzakirə edəcəyik”, - Papa vurğulayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR