• Bakı C

    11.51 m/s

  • USD - 1.7

    EUR - 1.7647

    RUB - 1.7571

Ronaldo Ançelottini Braziliya millisinə baş məşqçi gətirmək istəyir

İDMAN

08 Fevral 2025 | 12:50

Ronaldo Ançelottini Braziliya millisinə baş məşqçi gətirmək istəyir

Braziliya millisinin sabiq futbolçusu Ronaldo Luis Nazario Karlo Ançelottini yığmada baş məşqçi postuna gətirmək istəyir.

Bakıvaxtı.az "Relevo" nəşrinə istinadən xəbər verir ki, 48 yaşlı keçmiş hücumçu Braziliya Futbol Federasiyasının prezidenti seçiləcəyi təqdirdə italiyalı mütəxəssisi ölkəsinə dəvət edəcək.

O, 2026-cı ilin martında namizədliyini irəli sürmək niyyətindədir.

Tərəflər hələlik mümkün əməkdaşlığı müzakirə etməyiblər. Ronaldo 65 yaşlı baş məşqçini İspaniyanın "Real" klubundan uzaqlaşdırmaq istəmir. Madrid təmsilçisi Ançelotti ilə yollarını ayıracağı təqdirdə ona Braziliya millisində iş təklif olunacaq.

Qeyd edək ki, mütəxəssisin "kral klubu" ilə hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.


SON XƏBƏRLƏR