• Bakı 18° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 1.971

Ronaldo karantində qalacaq

İDMAN

04 Sentyabr 2021 | 18:57 | Müəllif: Subhan Mahmudov

Ronaldo karantində qalacaq

Portuqaliya millisinin üzvü və “Mançester Yunayted”in futbolçusu Kriştiano Ronaldo beş gün karantində qalacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Britaniya mtbuat məlumat yayıb. “Qırmızı şeytanlar” millinin düşərgəsindən ayrılıb, Mançesterə gələn 36 yaşlı hücumçu üçün yerli hökumətə karantinin ləğv edilməsi ilə bağlı müraciət etsə də, müsbət cavab almayıb.
 
Portuqaliyalı hücumçu koronavirus testi mənfi çıxdıqdan beş gün sonra komanda ilə məşqlərə başlaya biləcək.
 
Qeyd edək ki, Ronaldo millinin heyətində İrlandiyaya qarşı görüşdə (2:1) sarı vərəqə alaraq cəzalı duruma düşdüyünə görə, sentyabrın 7-də Azərbaycan yığması ilə oyun üçün Bakıya gəlməyəcək.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR