“Əgər məcazi mənada danışsaq, mən şou biznesin özüyəm”.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli “Özəl” verilişinə açıqlamasında deyib.
Meydan sulayan ifaçı şou biznesin bütün incəliklərini çox yaxşı bildiyini qeyd edib:
“İstəsəm şou da yaradıram, istəsəm biznes oluram, istəsəm hər kəsdə o şounu da görə bilirəm, bizneslərini də görə bilirəm. Amma belə bir anlam yoxdur. Zamanında da olmayıb. Sadəcə layihələr var, o layihələrdən geri dönüşlər var və bu layihələri hər kəsdən öncə edən adlar, adamlar var. Yəni inqilab edən sənətçilərimiz var. Onlar da bunun qarşılığını görürlər”.
Ziyafət Əlisoy
















