• Bakı 13° C

    13.94 m/s

  • USD - 1.7

    EUR - 1.8297

    RUB - 0.0185

Ruben Vardanyan Bakıdan arvadına zəng etdi

Gündəm

26 Aprel 2024 | 10:18

Ruben Vardanyan Bakıdan arvadına zəng etdi

Bakıda həbsdə saxlanılan qondarma “artsaxın keçmiş dövlət naziri”, Qarabağda separatçılığı və terrorçuluğu maliyyələşdirən milyarder Ruben Vardanyan ailəsilə əlaqə saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Ermənistan mətbuatının məlumatına görə, Vardanyana həyat yoldaşı Veronika Zonabend ilə telefon danışığa aparmağa şərait yaradılıb.
 
Qeyd olunur ki, xanımı Ruben Vardanyanı aclığı dayandırmağa razı sala bilib.

Ruben Vardanyan 2023-cü ilin 27 sentyabrında Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən Qarabağdan qaçmaq istəyərkən saxlanılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluğu maliyyələşdirmə, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştirak, Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə maddələri ilə ittiham olunur. Hazırda barəsində istintaq-əməliyyat tədbirləri davam etdirilir.


SON XƏBƏRLƏR