• Bakı 11° C

    1.12 m/s

  • USD - 1.7

    EUR - 1.9148

    RUB - 2.0782

Rubio Kuba hökumətini “böyük problemlər”lə hədələyib

DÜNYA

04 Yanvar 2026 | 21:00 | Müəllif: Əli Hüseynov

Rubio Kuba hökumətini “böyük problemlər”lə hədələyib

ABŞ dövlət katibi Marko Rubio Kuba hökumətinin Vaşinqton üçün ciddi problem yaratdığını və onu “böyük çətinliklərin” gözlədiyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, Rubio "NBC News" telekanalına müsahibəsində Kubanın ABŞ hakimiyyətinin növbəti hədəfi olub-olmayacağı ilə bağlı suala cavabında deyib ki, Kuba hökuməti böyük problemdir və “onları böyük problemlər gözləyir”.

    ABŞ dövlət katibi Vaşinqtonun Havana ilə bağlı atacağı konkret addımları açıqlamaqdan imtina edib.

    Bununla belə, o vurğulayıb ki, ABŞ-ın mövcud Kuba hökumətinin tərəfdarı olmadığı heç kim üçün sirr deyil.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    05 Noyabr 2026