• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirəcək

DÜNYA

25 Mart 2023 | 21:48 | Müəllif: Subhan Mahmudov

Rusiya Belarusda taktiki nüvə silahı yerləşdirəcək

“Belarus prezidenti Aleksandr Lukaşenko uzun müddətdir ki, ölkədə Rusiyanın taktiki nüvə silahlarının yerləşdirilməsi məsələsini qaldırıb”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya-24” telekanalının efirində jurnalist Pavel Zarubinə müsahibəsində bildirib.

“O ki qaldı Aleksandr Lukaşenko ilə danışıqlarımıza, buna səbəb Böyük Britaniyanın müdafiə nazirinin müavininin Ukraynaya tərkibində zəiflədilmiş uran mərmiləri tədarük etməyə hazırlaşdıqları barədə bəyanatı olub, bu, bir növ nüvə texnologiyası ilə bağlıdır. Bu hadisələrin kontekstindən kənarda belə, Aleksandr Lukaşenko uzun müddətdir ki, Rusiyanın taktiki nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsi məsələsini gündəmə gətirir”.

Qeyd edək ki, Böyük Britaniya Ukraynaya tərkibində zəiflədilmiş uran olan və zirehli texnikaların məhv edilməsində effektivliyi artıran mərmilər verəcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR