• Bakı 13° C

    2.88 m/s

  • USD - 1.7

    EUR - 1.9

    RUB - 2.1118

Rusiya bu göstəriciyə görə dünyada üçüncü yerdədir

İQTİSADİYYAT

19 Avqust 2022 | 11:08 | Müəllif: Subhan Mahmudov

Rusiya bu göstəriciyə görə dünyada üçüncü yerdədir

İyulda Rusiya beynəlxalq ödənişlərdə Çin yuanından istifadə edən ölkələr arasında üçüncü yeri tutaraq qlobal valyuta bazarındakı payını cəmi üç ayda 6,3 dəfə artırıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Forbes" SWIFT ödəniş məlumat mübadiləsi sisteminin statistik məlumatlarına istinadən yazır.

"Forbes"ın istinad etdiyi SWIFT hesabatına əsasən, iyulda yuan əməliyyatlarının 3,9%-i Rusiyanın payına düşüb (iyunda 1,42%-ə qarşı).

Böyük Britaniya daha yüksək göstəricilər göstərib (6,35%).

Siyahının lideri Honq-Konqdur (iyundakı 73,82%-ə qarşı 70,93%).

SWIFT reytinqində Rusiyadan sonra Sinqapur (3,77%) və ABŞ (2,98%) gəlir.(trend)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR