İki həftədir ki, Efiopiyanın paytaxtında Rusiya səfirliyi qarşısında hər gün Ukraynada Rusiya tərəfində döyüşmək istəyən “könüllülər” növbəyə düzülür. İddialara görə, onlara ödənişlər və müharibədən sonra Rusiyada işləmək imkanı vəd edilir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
Məlumata görə, Rusiya hərbçilərinə qoşulmaq istəyənlər arasında həm gənclər, həm də yaşlılar var. Onların əksəriyyətinin hərbi stajının olduğu da vurğulanır. Səfirlikdəki mühafizəçilər “könüllülər”in adlarını yazaraq onları qeydiyyata alırlar.
Hələlik efiopiyalıların Ukraynaya göndərildiyinə dair heç bir sübut yoxdur və göndəriləcəkləri də məlum deyil.
Qeyd edək ki, Rusiya səfirliyi iddialarla bağlı sorğuya cavab verməyib.(axar.az)
















