• Bakı 15° C

    8.09 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Rusiya Donetskə zərbə endirdi - 11 ölü

DÜNYA

08 Mart 2025 | 09:07

Rusiya Donetskə zərbə endirdi - 11 ölü

Rusiya qoşunlarının cümə günü axşam saatlarında Ukraynanın Donetsk vilayətinin Dobropillya şəhərinin mərkəzi hissəsinə zərbələr endirməsi nəticəsində azı 11 nəfər həlak olub, 30 nəfər isə yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda məlumat Fövqəladə Hallar Dövlət Xidmətinin bəyanatında deyilir.

“Səkkiz beşmərtəbəli binaya, bir inzibati binaya və 30 avtomobilə ziyan dəyib. Yaşayış binalarında və inzibati binada yanğınlar baş verib”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bundan əvvəl vilayətin hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin hadisələr zamanı 4 nəfərin öldüyü və 18 nəfərin yaralandığı barədə məlumat vermişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Noyabr 2026