• Bakı 11° C

    10.41 m/s

  • USD - 1.7

    EUR - 1.8655

    RUB - 1.9702

ABŞ Britaniyada F-35 qırıcılarının sayını artıracaq

DÜNYA

07 Aprel 2025 | 00:03

ABŞ Britaniyada F-35 qırıcılarının sayını artıracaq

ABŞ Hərbi Hava Qüvvələri “F-35 Lightning II” beşinci nəsil döyüş təyyarələrindən ibarət ikinci eskadrilyanı Böyük Britaniyadakı Leykenhit bazasında yerləşdirməyi planlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Senatın Silahlı Qüvvələr Komitəsinin məlumatında deyilir.

ABŞ-nin Avropa Komandanlığının rəhbəri general Kristofer Kavolinin komitəyə verdiyi yazılı açıqlamaya görə, ikinci F-35 eskadronu bu yay bazada yerləşəcək və payızda tam əməliyyat qabiliyyətinə çatacaq.

Leykenhitdə hazırda tam komplektləşdirilmiş bir F-35 eskadrilyası, eləcə də iki “F-15E Strike Eagles” eskadrilyası var.

Qeyd olunur ki, iki F-35 eskadrilyası ümumilikdə 52 təyyarədən ibarət olacaq. Keçən il F-35 qırıcıları 50 kilotondan çox gücə malik B61-12 nüvə bombalarını daşımaq üçün sertifikat alıblar.


SON XƏBƏRLƏR

08 Aprel 2025