“Ukrayna təcili olaraq Rusiyanın raket zərbələrinə qarşı hava hücumundan müdafiə qalxanını gücləndirməlidir”.
Bakıvaxtı.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında yayımladığı videomüraciətində deyib.
“Biz hava hücumundan müdafiə sistemimizi gücləndirməliyik. Tərəfdaşlarla əldə edilmiş, lakin həyata keçirilməyən bütün razılaşmalar mümkün qədər tez aktivləşdirilməlidir. İndi sadəcə olaraq anbarda saxlanılan “Patriot” sistemləri həqiqətən də insanların həyatını qorumalıdır. Biz Ukraynada belə istehsalı təmin edə bilərik və müvafiq siyasi qərarlara ehtiyacımız var”, - Zelenski bildirib.
Ukrayna Prezidentinin sözlərinə görə, müdafiə naziri Rustem Umerov və xarici işlər naziri Andrey Sibiqaya bu məsələ ilə bağlı tərəfdaşlarla təmasları aktivləşdirməyi tapşırıb.
“Mən müdafiə və xarici işlər nazirinə hava hücumundan müdafiə üzrə tərəfdaşlarımızla əlaqələri gücləndirməyi tapşırmışam. “Ramstein” kontekstində görüş hazırlanır. Mən həmçinin göstəriş vermişəm ki, biz hava hücumundan müdafiə sahəsində, xüsusən də istənilən terrorun qarşısını almaq üçün kifayət qədər potensiala malik olan ABŞ-lə ikitərəfli şəkildə işləyək”.