Rusiya-Gürcüstan sərhədindəki yeganə keçid məntəqəsinə gedən yol bağlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şimali Osetiya üzrə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Vladiqafqazdan Lars kəndinə gedən yol qar uçqunu səbəbindən bağlanıb.
Gürcüstan ərazisində qarın əridiyi bildirilib və nəticədə Gürcüstan Hərbi Yolunun vilayət paytaxtından Rusiyanın Gürcüstanla sərhədində yeganə keçid məntəqəsinin yerləşdiyi Larsa qədər olan hissəsində bütün nəqliyyat vasitələrinin hərəkəti qadağan edilib.
Mina Mikayılova
















