Əlverişsiz hava şəraiti ilə əlaqədar Rusiya-Gürcüstan yolu (Gürcüstan Hərbi Yolu) bağlıdır.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şimali Osetiya yol hərəkətinin idarə edilməsi mərkəzinin saytı məlumat yayıb. Bildirilib ki, hazırda Rusiya tərəfdən Yuxarı Lars sərhəd keçid məntəqəsində 2100 avtomobil Gürcüstana daxil olmaq üçün gözləyir.
Qeyd edək ki, Gürcüstanda hava şəraitinin pisləşməsi ilə əlaqədar Rusiyadan “Yuxarı Lars”dan keçən yol noyabrın 24-ü saat 17:20-dən növbəti xəbərdarlığa qədər bütün növ avtomobillər üçün bağlanıb. Rusiya FHN-dən verilən məlumata görə, Gürcüstan ərazisində hava şəraitinin pisləşməsi, nəqliyyat vasitələrinin təhlükəsiz keçidinin təmin edilməməsi, həmçinin Gürcüstan sərhəd polisinin tövsiyələri nəzərə alınmaqla məlum tədbir həyata keçirilib.
Xatırladaq ki, "Yuxarı Lars"-Gürcüstan Hərbi Yolu hazırda Ermənistanı Rusiya ilə əlaqələndirən yeganə quru yoludur./APA
















