• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kreml rəhbəri heç vaxt razılıq verməz ki...

SİYASƏT

22 Aprel 2024 | 16:46

Rusiya hərbi bazası Ermənistandan çıxarılır? - Kreml rəhbəri heç vaxt razılıq verməz ki...

 Kreml Ermənistanın Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı müqavilənin tezliklə ləğvi ilə bağlı yayılan məlumatları şərh edib.

Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bu barədə heç bir mənfi siqnalın olmadığını söyləyib. Onun sözlərinə sözlərinə görə, Putin və Paşinyan arasında şəxsi təmas “qısa müddətdə” baş tuta bilər və liderlər bu və digər aktual məsələləri şəxsən müzakirə edə bilərlər:

“Biz gözləyirik ki, qısa müddətdə prezident Putin və baş nazir Paşinyan bunları və lazım gələrsə, digər aktual məsələləri şəxsən müzakirə etmək imkanı əldə edəcəklər”.

Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov Bakıvaxtı.az-a deyib ki, Rusiyanın Gümrüdəki hərbi bazasının çıxarılması məsələsi dəfələrlə gündəmə gəlib.

Ekspert vurğulayıb ki, məsələ hər dəfə gündəmə daşınanda müxtəlif üsullarla söhbəti bağlamağa çalışıblar:

"Rusiya-Ermənistan arasındakı məlum gərginlik müstəvisində, xüsusən Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxmağa başlamasından sonra mövzu yenidən müzakirə predmetinə çevrilib. Amma düşünmürəm ki, Rusiyanın hərbi bazasını Ermənistandan çıxarmaq mümkün olacaq”.

Müsahibimz qeyd edib ki, bu məsələdə Azərbaycanla, Qarabağla Ermənistanı eyniləşdirmək, müqayisə etmək doğru deyil. Onun sözlərinə görə, Qarabağdakı sülhməramlı missiya müvvəqqəti idi, konkret müddəti razılaşdırılmışdı:

“Bu, hüququ prosedur idi və ötən dörd il ərzində Azərbaycanın Milli Məclisi rus sülhməramlıları ilə bağlı məsələni ratifikasiya etmədi. Amma Ermənistan parlamenti Rusiya qoşunlarının Gümrüdə və digər yerlərdə olmasını rəsmən təsdiqləyib. O baxımdan rus hərbçilərinin Ermənistanı tərk etməsi heç də asan prosedur deyil".

Həmsöhbətimizə görə, əgər Putin-Paşinyan görüşü baş turarsa, Kreml rəhbəri heç vaxt razılıq verməz ki, rus qoşunları qeyd-şərtsiz Gümrüdən çıxsın:

"Zvarnots hava limanı məsələsi isə başqadır. Sözügedən hava limanından rus əsgərlərinin çıxması mümkün idi. Çünki söhbət konkret bir obyektdən gedirdi. Lakin Gümrü hərbi bazasının boşaldılması çətin məsələdir. Onu da nəzərə alaq ki, Ermənistanın Türkiyə və İranla sərhədlərini rus hərbçiləri qoruyur. Ermənistan bu məsələdə də problemlər yaşayır".

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024