• Bakı 16° C

    4.57 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Rusiya İqtisadiyyat Nazirliyindən proqnoz: Rubl ucuzlaşır  

İQTİSADİYYAT

25 Aprel 2024 | 11:42

Rusiya İqtisadiyyat Nazirliyindən proqnoz: Rubl ucuzlaşır  

Rusiyanın iqtisadiyyat naziri Maksim Reşetnikov 2024-cü il üçün ÜDM-in artım proqnozunu 2,8%-ə qaldıran baza ssenarisini təqdim edib. 

Bakıvaxtı.az "BBC News"a istinadən xəbər verir ki, baza ssenarisində açıqlanan məlumatlar rublun əhəmiyyətli dərəcədə ucuzlaşmasını göstərir. Bu ucuzlaşmaya qlobal iqtisadi yavaşlama, Rusiyanın əmək bazarına tətbiq olunan sanksiyalar və məhdudiyyətlərin yaratdığı risklər səbəb olub.

Nazirliyin proqnozlara görə, sərmayələr və neft qiymətləri azaldığına görə rubl indiki 93 səviyyəsindən 107 dollara düşə bilər. Eyni zamanda Rusiyanın neft-qaz hasilatı və ixrac həcminin azalacağı proqnozlaşdırılır. Xüsusilə də Rusiya neftinin ixrac qiymətinin bu il 58,5 dollar/barel, 2025-ci ilə qədər isə 51,8 dollara düşə biləcəyini nəzərdə tutulub.

Eyni zamanda rublun əhəmiyyətli dərəcədə zəifləyəcəyi, 2025-ci ildə 100 həddini keçəcəyi, həmin il orta hesabla 106,9, 2027-ci ildə isə bir dollar üçün 120 səviyyəsinə enəcəyi proqnozlaşdırılır. 

Gülşən Şərif


SON XƏBƏRLƏR