• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya, İran və Çin  hərbi təlimlər keçirəcək

DÜNYA

12 Oktyabr 2022 | 17:37

Rusiya, İran və Çin hərbi təlimlər keçirəcək

Rusiya, İran və Çinin iştirakı ilə Hind okeanında birgə hərbi dəniz təlimləri keçiriləcək.

Bakıvaxtı.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bunu İran Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Şəhram İrani deyib.

O bu təlimlərin məqsədinin hərbi-texniki əməkdaşlığın möhkəmləndirilməsi olduğunu deyib: “Biz, döyüş qabiliyyətinin artırılması və təhlükəsizliyinin stabilliyinin təmin olunması məqsədilə yaxın zamanda Hind okeanının şimalında Rusiya və Çinin də iştirakı ilə birgə hərbi dəniz təlimləri keçirəcəyik”.

Xatırladaq ki, Rusiya və Çin bu ilin sentyabr ayında, ABŞ tərəfindən atılan addımların yaratdığı narahatlıq fonunda, Müdafiə Nazirliyi xətti üzrə əməkdaşlığın möhkəmləndirilməsi barədə razılığa gəliblər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026