• Bakı 16° C

    1.55 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Rusiya müttəfiqlərinə buğda ixracını qadağan etdi

İQTİSADİYYAT

10 Mart 2022 | 21:56 | Müəllif: Subhan Mahmudov

Rusiya müttəfiqlərinə buğda ixracını qadağan etdi

Rusiya İqtisadi inkişaf və inteqrasiya üzrə Hökumət Komissiyasının Gömrük-tarif və qeyri-tarif tənzimlənməsi, xarici ticarətdə mühafizə tədbirləri üzrə alt komitəsi dənli bitkilərin Avrasiya İqtisadi İttifaqı ölkələrinə ixracının müvəqqəti qadağan edilməsi barədə qərar qəbul edib.

Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, alt komitə həmçinin Rusiyadan üçüncü ölkələrə ağ şəkərin və şəkər qamışı xammalının ixracını da dayandırıb. Hər iki qadağa cari ilin avqustun 31-dək qüvvədə olacaq.

İqtisadi İnkişaf Nazirliyinin məlumatına görə, ixrac qadağası buğda və meslin, çovdar, arpa və qarğıdalıya aiddir. Yalnız Sənaye və Ticarət Nazirliyi tərəfindən verilən ixrac lisenziyaları üzrə tədarüklərə istisna nəzərdə tutulacaq.

Rusiya İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Avrasiya İqtisadi İttifaqı ölkələrinə şəkərin ixracı yalnız Kənd Təsərrüfatı Nazirliyinin verdiyi icazə əsasında mümkün olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Sentyabr 2026