• Bakı 20° C

    6.91 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Rusiya nüvə silahından istifadə edəcək? - AÇIQLAMA

SİYASƏT

03 Aprel 2023 | 11:43 | Müəllif: Qalib İbrahimoğlu

Rusiya nüvə silahından istifadə edəcək? - AÇIQLAMA

Polşa Rusiyanın taktiki döyüş başlıqlarının Belarusda yerləşdirilməsinə cavab olaraq NATO-nun nüvə silahlarını ölkə ərazisində yerləşdirməyə hazırdır.

Bakıvaxtı.az xəbər verir ki. bunu Polşanın Milli Təhlükəsizlik Bürosunun rəhbəri Yaçek Severa bildirib.

İstər Rusiya, istərsə də NATO nüvə silahından istifadə edə bilərmi?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Rusiyanın bu addımı Qərblə ziddiyətləri daha da artıracaq. Onun sözlərinə görə, bu, Rusiyanın həm də Qərbin müəyyən davranışlarına cavabıdır.

Siyasi şərhçi qeyd edib ki, birmənalı şəkildə yalnız Rusiyanı iddiham etmək də doğru olmaz: “Çünki NATO Rusiyanı, demək olar ki, qərb səthədlərindən mühasirəyə almaqdadır və NATO-ya üzv olan Rusiya ilə qonşu ölkələrdə silahlarını yerləşdirir. Təbii ki, buna da Rusiyanın cavabı olmalıdır. Rusiyanın hazırda təklənmiş durumdadır, onun yeganə yaxın müttəfiqi Belarusdur”.

M.Göyüşlü Rusiyanın nüvə silahını yerləşdirməklə, ondan istifadə edəcəyinə inanmır:

“Düzdür, Ukraynayla müharibənin təzə vaxtlarında Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasına hücumundan tutmuş bir sıra ağlasığmaz davranışlarını gördük. Lakin inanmıram ki, Rusiya nüvə silahından istifadə etsin. Amma bu da Qərbdə arxayınçılıq yaratmır və mübarizəni davam etdirir”.

Müsahibimiz vurğulayıb ki, bütün bu fəaliyyətlər gərginlik yaradacaq.

“Biz Ukraynada müharibənin bitməsini gözləyərkən, hər iki tərəf hələ problemləri, gərginliyi artırmağa davam edəcək. yaxşı olardı ki, Qərblə Rusiya anlaşmaya gəlsin”, - deyə Mübariz Göyüşlü qeyd edib.

Nuranə Daxilqızı


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026