Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə NATO Baş katibinin köməkçisi general David Kattlerlə görüşüb.
Bakıvaxtı.az xəbər verir ki, onlar Azərbaycan-NATO tərəfdaşlığı, terrorizmlə mübarizədə əməkdaşlıq, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.
12:55
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO Baş katibinin köməkçisi ilə görüş keçirəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO-dakı missiyasından bildirilib.
Məlumata görə, Hikmət Hacıyev qarşıdakı saatlarda NATO Baş katibinin köməkçisi general David Kattler və müttəfiq ölkələrlə Müavinlər Komitəsi (DPRC) formatında ikitərəfli görüş keçirəcək.







jpg-1685595937.webp)









