• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Rusiya nüvə sınaqları ilə bağlı müqavilədən çıxdı

DÜNYA

02 Noyabr 2023 | 13:27

Rusiya nüvə sınaqları ilə bağlı müqavilədən çıxdı

Rusiya prezidenti Vladimir Putin Rusiyanın Hərtərəfli nüvə sınaqlarının qadağası müqaviləsini (CTBT) ratifikasiyasını ləğv edib.

Bakıvaxtı.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Kremlin sözçüsü Dmitri Peskov oktyabrın 20-də verdiyi açıqlamada ABŞ-ın müqaviləni heç vaxt təsdiqləmədiyini və Rusiyanın müqavilənin təsdiqini ləğv etdiyi anda vəziyyətin tarazlaşacağını bildirmişdi.

Xatırladaq ki, nüvə silahı sınaqlarını dayandırmaq məqsədi daşıyan CTBT müqaviləsi Rusiya tərəfindən 1996-cı ildə Nyu-Yorkda imzalanıb.

Qeyd edək ki, müqavilə 2000-ci ildə BMT Baş Assambleyası tərəfindən təsdiq edilib. Onu 178 ölkə ratifikasiya edib, ancaq ABŞ hələ ki bu addımı atmayıb.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026