• Bakı 13° C

    14.25 m/s

  • USD - 1.7

    EUR - 1.9284

    RUB - 2.0347

Rusiya Omanda ABŞ və İran arasında təmasları alqışlayır

DÜNYA

08 Aprel 2025 | 14:17

Rusiya Omanda ABŞ və İran arasında təmasları alqışlayır

Rusiya, şübhəsiz ki, ABŞ və İran arasında Omanda planlaşdırılan təmasları İranın nüvə dosyesi ətrafında gərginliyin azaldılmasına töhfə kimi alqışlayır.

Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvanın danışıqlar prosesinin başlanmasına dəstək verib-verməməsi ilə bağlı suala cavabında bildirib.

“Biz dəfələrlə demişik ki, İranın nüvə dosyesi probleminin siyasi və diplomatik tədbirlərlə həllinin tərəfdarıyıq. Əgər belədirsə, bunu yalnız alqışlamaq olar. Biz bilirik ki, Omanda müəyyən birbaşa və dolayı təmaslar planlaşdırılır. Əlbəttə ki, bu, yalnız müsbət qarşılana bilər, çünki bu, İran ətrafında gərginliyin azalmasına gətirib çıxara bilər", - Kremlin sözçüsü vurğulayıb.

Qeyd edək ki, ABŞ və İran danışıqların birinci raundunu aprelin 12-də Omanda keçirmək barədə razılığa gəliblər.


SON XƏBƏRLƏR

16 Aprel 2025