• Bakı 12° C

    0.57 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Rusiya səfiri Kanada XİN-ə çağırıldı

DÜNYA

28 Noyabr 2022 | 21:50 | Müəllif: Subhan Mahmudov

Rusiya səfiri Kanada XİN-ə çağırıldı

Rusiyanın Kanadadakı səfiri Oleq Stepanov bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə səfirin özü məlumat verib.

Səfirin XİN-ə çağırılmasının səbəbi açıqlanmayıb.

Kanadanın bir sıra KİV-ləri yazır ki, Oleq Stepanovun çağırışı Rusiya Federasiyasında LGBT təbliğatını qadağan edən qanunun qəbulundan sonra Rusiyanın Kanadadakı səfirliyinin "Twitter"dəki paylaşımı ilə bağlıdır. Belə ki, noyabrın 25-də Rusiya səfirliyi üzərindən qırmızı xətt çəkilmiş LGBT bayrağı olan fotoşəkil dərc edilib. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026