• Bakı 13° C

    3.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Rusiya yenidən BMT TŞ-nin iclasını çağıracaq

DÜNYA

22 Oktyabr 2023 | 00:36 | Müəllif: Subhan Mahmudov

Rusiya yenidən BMT TŞ-nin iclasını çağıracaq

Rusiya Fələstin-İsrail münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının yeni iclasını çağıracaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.

Polyanski qeyd edib ki, bu həftə BMT TŞ Fələstin-İsrail münaqişəsi zonasında vəziyyətin gərginləşməsi ilə bağlı Rusiya ilə yanaşı, Braziliyanın da qətnaməsini qəbul etməyib:

"Digər ölkələr buna cəsarət etmədiyi üçün Rusiya mütləq BMT Təhlükəsizlik Şurasının yeni iclasını çağıracaq".

Qeyd edək ki, Rusiyanın qətnamə layihəsində HƏMAS hücumları pislənmədiyi, Braziliyanın qətnamə layihəsində isə İsrailin özünümüdafiə hüququ əks olunmadığı üçün sənəd Qərb və ABŞ tərəfindən boykot edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026