• Bakı 32° C

    1.65 m/s

  • USD - 1.7

    EUR - 1.9675

    RUB - 2.1326

Rusiya Zəngəzur dəhlizinə qarşı deyil: Kreml İrəvanın mövqeyinə etiraz edir

SİYASƏT

04 Avqust 2025 | 14:38

Rusiya Zəngəzur dəhlizinə qarşı deyil: Kreml İrəvanın mövqeyinə etiraz edir

"Əslində Rusiya Zəngəzur dəhlizinin açılmasına qarşı deyil. 2020-ci il 10 noyabr bəyanatında yer alan bu məsələnin altında Rusiyanın da imzası var”.

Bunu politoloq Zaur Məmmədov Bakıvaxtı.az-a açıqlamasında deyib.

Politoloq bildirib ki, ancaq Ermənistan Rusiyanın dəhlizə nəzarətinə qarşı çıxdığından, onun yerinə ABŞ şirkətini gətirdiyindən proses artıq Kremldə qıcıq doğurur.

Onun sözlərinə görə, Azərbaycanın rəsmi mövqeyi ondan ibarətdir ki, üçüncü tərəf nə ölkə, nə də şirkət qismində bölgədə olmayacaq:

"Paşinyan Ermənistan ərazisindən keçəcək dəmiryol xəttinin adını "biznes məqsədləri üçün istifadə" qoyaraq ABŞ şirkətinə həvalə edə bilər. Nəzərə alaq ki, dəhlizdən sadəcə dəmiryol xətti keçməyəcək, yəni nəqliyyatla yanaşı, digər kommunikasiyalar üçün də istifadə olunacaq. Bu da ABŞ-nin sadəcə iqtisadi deyil, həm də siyasi rıçaqlarının bölgədə artması deməkdir. Məsələ ondadır ki, Rusiya və İran bu məsələdə gecikdi. 30 il ərzində Rusiya və İrana dedik ki, Azərbaycan Qarabağın işğalı ilə razılaşmayacaq, gəlin, bu problemi həll edək. Ancaq Moskva və Tehran buna yaxın durmadı, tam əksinə işğalçı tərəfi sonadək dəstəklədi. Yanımızda olanlar Cənubi Qafqazda dividendlər qazandı”.

Zaur Məmmədov: Qərbi Zəngəzur bölgəsindən keçəcək dəhlizin hansı şirkətin nəzarətinə veriləcəyi İrəvanın məsuliyyətindədir

Müsahibimiz xatırladır ki, Zəngəzur dəhlizinin açılmasının əks olunduğu 10 noyabr bəyannaməsindən 5 il ötüb. Ancaq bu illər ərzində Rusiya tərəfi dəhlizin reallaşması üçün heç bir əməli addım atmayıb:

“Təbii olaraq, bu boşluğu qeyri-regional ölkələr doldurmaq istəyiblər. Bu da əslində İrəvan-Moskva arasında olan bir problemdir. Yaxşı olar ki, bu problemə Azərbaycanı daxil etməsinlər. Bakı dəhlizin açılmasında maraqlıdır. Amma Qərbi Zəngəzur bölgəsindən keçəcək dəhlizin hansı şirkətin nəzarətinə veriləcəyi İrəvanın məsuliyyətindədir".

Aydın Baxış


SON XƏBƏRLƏR