• Bakı 13° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Rusiyada qismən səfərbərlik vəziyyətin ciddiliyini göstərir” - Çavuşoğlu

DÜNYA

21 Sentyabr 2022 | 19:09 | Müəllif: Subhan Mahmudov

“Rusiyada qismən səfərbərlik vəziyyətin ciddiliyini göstərir” - Çavuşoğlu

Rusiyada qismən səfərbərlik və Donbassda referendumun keçirilməsi Ukraynadakı vəziyyətin ciddiliyini göstərir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

“Ukrayna müharibəsində humanitar böhranın dərinləşməsinin qarşısını almağa çalışırıq. İndi yeni reallıqlar yaranıb. Müharibə uzandıqca konkret həllə nail olmaq çətinləşir. Amma diplomatiya hələ də yeganə dialoq yoludur”, - o bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR