• Bakı 22° C

    5.24 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

İsveç Türkiyəyə məktub göndərdi

DÜNYA

21 Oktyabr 2022 | 17:49

İsveç Türkiyəyə məktub göndərdi

İsveç Türkiyənin bu ölkənin NATO-ya üzvlüyü ilə bağlı irəli sürdüyü tələblərdən biri olan terrorla mübarizəyə dair konkret addımlarla bağlı məktub göndərib.

Bakıvaxtı.az xəbər verir ki, İsveç və Finlandiya Türkiyə ilə imzaladıqları anlaşma memorandumuna sadiq olduqlarını bildiriblər.

"Türkiyə və Finlandiya ilə əldə olunan üçlü razılaşmanı həyata keçirməyə davam edəcəyik. Türkiyə ilə əldə etdiyimiz razılaşma ilə bağlı bir çox addımlar atdıq və ümid edirik ki, bu Türkiyə tərəfindən də nəzərə alınacaq ", - deyə İsveç xarici işlər naziri Tobias Billström bildirib.

Bundan əlavə, Finlandiyanın xarici işlər naziri Pekka Haavisto “Türkiyə ilə müntəzəm təmasdayıq, keçən həftə türkiyəli həmkarımla dialoq apardım” deyə açıqlama verib. /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR