Hindistanda bir həftə ərzində ikinci dəfə helikopter qəzası baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bu gün Araunaçal Pradeş ştatında baş vermiş qəza nəticəsində 5 nəfər, o cümlədən, iki pilot həlak olub.
Hadisə yerinə cəlb olunan xilasedicilər həlak olanların meyitlərini tapıb.
Xatırladaq ki, oktyabrın 18-də Uttarakhand ştatında helikopter qəzasında 7 nəfər həlak olmuşdu. Bu ayın əvvəlində isə bir nəfər ölmüş, bir nəfər də xəsarət almışdı. /Trend
















