Rusiyanın Leninqrad vilayətində yüngülmotorlu təyyarə qəzaya uğrayıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, Leninqrad vilayətinin Volxov rayonunun Potanino yaşayış məntəqəsində yüngülmotorlu təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan iki nəfər həlak olub.
















