Rusiya Böyük Britaniyaya sanksiyalar tətbiq edib.
Bakıvaxtı.az bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumaya görə, Rusiya Britaniyanın beyin mərkəzləri və konsaltinq agentliklərinin nümayəndələrinə qarşı şəxsi sanksiyalar tətbiq edib.
Bildirilib ki, bu təşkilatlar ictimai media və internet vasitəsilə Rusiya dövlətini gözdən salan dezinformasiyalar yayır, ölkədə daxili siyasi sabitliyin pozulmasına şərait yaratmağa çalışırlar.
"Moskvanı beynəlxalq aləmdə siyasi və iqtisadi cəhətdən təcrid etməyi qarşısına məqsəd qoyan London kuratorlarının sifarişinin yerinə yetirilməsi çərçivəsində belə “beyin güvənləri” Rusiyaya dost dövlətlərdə dağıdıcı fəaliyyətlər həyata keçirir, sabitliyə və rifaha xələl gətirir",-deyə məlumatda qeyd olunub.
Mina Mikayılova




jpg-1726663434.webp)

jpg-1726662015.webp)









