Rusiya Səhiyyə Nazirliyi koronavirusun qarşısının alınması üçün yeni bir peyvənd qediyyata aldı.
Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər veri ki, bu məlumat Rusiya Federasiyasının dərmanlarının dövlət reyestri xidmətindən verilib.
"EpiVacCorona-N" COVID-19 əleyhinə beşinci preparat oldu. Dərman Vektor Mərkəzinin alimləri tərəfindən hazırlanıb. Alimlərin dediyinə görə, vaksin əvvəlki versiyasından istehsalın bəzi texnoloji xüsusiyyətləri ilə fərqlənir.
Dərman COVID-19-un profilaktikası üçün peptid antigenləri əsasında yaradılıb.
Tərcümə şöbəsi
Bakıvaxtı.az
















