• Bakı 13° C

    8.97 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Rusiyanın Baş naziri Ermənistana səfər edəcək

DÜNYA

23 Avqust 2023 | 15:54 | Müəllif: Subhan Mahmudov

Rusiyanın Baş naziri Ermənistana səfər edəcək

Rusiyanın Baş naziri Mixail Mişustin Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etmək üçün avqustun 24-25-də Ermənistana səfər edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Görüş zamanı hökumət başçıları Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində orta və uzunmüddətli perspektivdə inteqrasiya proseslərinin inkişafı məsələlərini müzakirə etməyi planlaşdırırlar. Tərəflər Aİİ çərçivəsində hüquqi mexanizmlərin daha da təkmilləşdirilməsini, digər ölkələrlə mövcud qarşılıqlı fəaliyyət formatlarının gücləndirilməsini və potensial tərəfdaşlarla əlaqələrin qurulmasını müzakirə edəcəklər” , - məlumatda qeyd edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026