Son günlər Rusiya Ukraynada daha çox itki verir.
Bakıvaxtı.az unian-a istinadla xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatında bildirilir.
Qeyd olunub ki, dünən ukraynalı müdafiəçilər 750 rus əsgərini məhv edib. Ümumilikdə, Ukraynaya genişmiqyaslı müdaxilə başlayandan bəri Rusiya ordusu 197 670 əsgərini itirib.
Bundan başqa, dünən Ukrayna Rusiyanın 5 tankını, 8 zirehli döyüş maşınını, 15 artilleriya sistemini, 2 MLRS-i, 2 hava hücumundan müdafiə qurğusunu, 9 əməliyyat-taktiki səviyyəli dronunu,
12 minik avtomobili və yük maşınını, 2 ədəd xüsusi texnikasını məhv edib.
Murad Məmmədli

















