• Bakı 8° C

    2.52 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Rusiyanın MİR ödəniş sisteminə kiber hücumlar başladı

DÜNYA

24 Sentyabr 2022 | 12:19

Rusiyanın MİR ödəniş sisteminə kiber hücumlar başladı

Ukraynalı hacktivistlər Rusiyanın MİR bank kartı və Rusiya Ödəniş Kartları Milli Sisteminə Ddos kiber hücumlar təşkil etməyə başlayıb.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə Rusiya mediasında bildirilib. Məlumata görə, hacktivistlər, xüsusən də ödənişlərdə və terminallarda fasilələrə səbəb olmaq üçün brauzerlər və ya primitiv DDoS alətlərindən istifadə edərək sistemlərə trafik yaradırlar. Bildirilib ki, kiber hücumların başlanması barədə məlumatı Rusiya kibertəhlükəsizlik bazarındakı mənbələr və yerli banklar da təsdiq edib. Hücumun məqsədi sistemi həddindən artıq yükləmək və kart xidmətində nasazlığa səbəb olmaqdır.

"Mövcud vəziyyətdə təşkilatçıların Mir ödəniş sisteminə DDoS hücumlarında müəyyən uğurlar əldə edə biləcəyini gözləmək olar, risklər realda olduğundan daha çoxdur", - deyə bildirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026