Xəbər verdiyimiz kimi, ermənipərəst rusiyalı hərbi jurnalist Semyon Peqov Ukraynada minaya düşərək ayağından yaralanıb. Hadisənin Donetsk yaxınlığında baş verdiyi bildirilir.
Bakıvaxtı.az xəbər verir ki, “WarGonzo” layihəsinin tviter hesabında Semyon Peqovun xəstəxanadan əməliyyatdan sonrakı görüntüləri yayılıb.
Məlumata görə, Peqov 6-8 həftə ərzində əsa ilə gəzməli olacaq.
















