Hazırda Rusiyanın yeritdiyi xarici siyasət və dünya ölkələrinin bu siyasətə adekvat cavabı iqtisadiyyata birbaşa təsir göstərir. Rusiya bazarında artıq qıtlıq yaranıb. Qeyd etmək lazımdır ki, bu qıtlıq Azərbaycana da təsirsiz ötüşmür. Bu iqtisadi problemin səbəbi və həlli yolları nələrdir?
İqtisadçı-ekspert Natiq Cəfərli Bakıvaxtı.az-a bildirib ki, Azərbaycanla Rusiya arasındakı ticarət dövriyyəsi keçən il 3 milyard dollara yaxın olub: “Bunun 2 milyard dollarını biz Rusiyadan mal almışıq, təqribən 1 milyard dollara yaxın, 980 milyard dollarlıq malı isə Azərbaycan Rusiyaya satıb. Rusiya bazarında olan qıtlığın Azərbaycana da təsir göstərməsi təbiidir. Əsas təbii ki, taxıl məsələsidir. Çünki taxılın ixracatına Rusiya özü qadağa qoyub”.
Ekspert qeyd edib ki, bundan əlavə, bitki yağları, tikinti materialları, hətta print material olan A4 kağız da Rusiyadan gətirilirdi, buna görə indi problemlər yaşanır: “Yəni istər-istəməz Rusiyaya olunan və özünü qoruması üçün tətbiq etdiyi qadağalar Azərbaycan bazarına da təsir göstərəcək. Rusiyadan ənənəvi olaraq aldığımız məhsulların azalmasının və ya qiymətinin xeyli bahalaşmasının şahidi olacağıq”.
Nuranə Daxilqızı
















