• Bakı 7° C

    2.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Saatlıda POLİS ƏMƏLİYYATI: Saxlanılanlar var - FOTO

HADİSƏ

19 Mart 2024 | 08:33 | Müəllif: Qalib İbrahimoğlu

Saatlıda POLİS ƏMƏLİYYATI: Saxlanılanlar var - FOTO

Saatlıda narkokuryerlik edən şəxsdən 8 kiloqram heroin və marixuana aşkar edilib.

Bu barədə Bakıvaxtı.az-a Dazxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən paytaxt sakini Əliyev Gülməmməd saxlanılıb. Ondan 8 kiloqram marixuana və heroin aşkar edilib. G.Əliyevin sosial şəbəkələr vasitəsilə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşının təklifi ilə narkokuryerliyə cəlb edildiyi müəyyən olunub.

Bundan başqa Saatlı RPŞ-nin əməkdaşlarının son bir həftə ərzində keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 5 nəfər saxlanılıb.
Həmçinin, Araz çayının sahilindən 1 ədəd F-1 qumbarası, 44 ədəd patron aşkar edilib. Rayon sakini olan 11 nəfər müvafiq sənədləri olmayan ov tüfəngini könüllü olaraq polis əməkdaşlarına təhvil verib.

Həyata keçirilən digər tədbir zamanı rayonun Yeni Novruzlu kəndi ərazisində yerləşən evlərdən birindən pul və qızıl-zinət əşyaları oğurlayan şəxsin Sabirabad sakini, hazırda cəzaçəkmə müəssisəsində cəza çəkən Abbasov Emin olduğu da müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Saatlıda POLİS ƏMƏLİYYATI: Saxlanılanlar var - FOTOSaatlıda POLİS ƏMƏLİYYATI: Saxlanılanlar var - FOTO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026