• Bakı 16° C

    3.72 m/s

  • USD - 1.7

    EUR - 1.9019

    RUB - 2.0923

“Sabah” - “Beşiktaş” oyununda 6 qol vuruldu, qalib müəyyənləşməyib - YENİLƏNİB

İDMAN

13 May 2023 | 20:05 | Müəllif: Subhan Mahmudov

“Sabah” - “Beşiktaş” oyununda 6 qol vuruldu, qalib müəyyənləşməyib - YENİLƏNİB

Bakıda “Sabah” və Türkiyənin “Beşiktaş” klubları arasında keçirilən xeyriyyə oyunu başa çatıb. 

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma 3:3 hesabı ilə yekunlaşıb. 

Qonaqların heyətində 24 və 44-cü dəqiqələrdə Umut Meraş, 63-cü dəqiqədə penaltidən Cenk Tosun fərqlənib. 

Azərbaycan təmsilçisində isə qolları 3-cü, 5-ci dəqiqələrdə Aleksey Kaşuk, 70-ci dəqiqədə Davit Volkov vurub. 41-ci dəqiqədə “Sabah”ın hücumçusu Coy Lens Mikels 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib. 

Qeyd edək ki, görüşdən əldə olunmuş bütün gəlirlər Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

19:40

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub. 

Bakıvaxtı.az xəbər verir ki, 60-ci dəqiqədə Azərbaycan təmsilçisi hesabı bərabərləşdirib - 3:3.

70-ci dəqiqədə Davit Volkov fərqlənib. 

 

19:28

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub. 

Bakıvaxtı.az xəbər verir ki, 63-cü dəqiqədə İstanbul təmsilçisi hesabda önə keçib - 3:2. 

Cenk Tosun penaltini dəqiq yerinə yetirib. 

 

18:52

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" klubları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub. 

Bakıvaxtı.az xəbər verir ki, 44-cü dəqiqədə İstanbul təmsilçisi hesabı bərabərləşdirib - 2:2. 

Umut Meraş özünün və komandasının ikinci qoluna imza atıb. 41-ci dəqiqədə "Sabah"ın heyətində Coy Lens Mikels penaltidən yararlana bilməyib. 

Görüşdə ilk hissə başa çatıb. 

18:35

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında baş tutan xeyriyyə oyununda növbəti qol vurulub. 

Bakıvaxtı.az xəbər verir ki, 23-cü dəqiqədə İstanbul təmsilçisi fərqi azaldıb. 

23-cü dəqiqədə Umut Meraş fərqlənib. 

Hazırda "Sabah" öndədir - 2:1. 

18:12

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında baş tutan xeyriyyə oyununda erkən qollar vurulub.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan təmsilçisi 5 dəqiqədə iki dəfə fərqlənib.

3 və 5-ci dəqiqələrdə Aleksey Kaşuk İstanbul klubunu məyus edib.

 

18:01

Bakıda "Sabah" və Türkiyənin "Beşiktaş" komandaları arasında xeyriyyə oyunu başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 18:00-da start götürüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

31 Oktyabr 2026
30 Oktyabr 2026