• Bakı 17° C

    2.69 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Sabah hava necə olacaq? - PROQNOZ

CƏMİYYƏT

12 Yanvar 2023 | 12:30 | Müəllif: Qalib İbrahimoğlu

Sabah hava necə olacaq? - PROQNOZ

Yanvarın 13-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 0-2° isti, gündüz 3-6° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 781 mm civə sütunundan 777 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Gecə şəhərətrafı yollar buz bağlayacağı ehtimalı var.

Azərbaycanın rayonlarında əksər rayonlarda hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir duman olacaq. Şərq küləyi əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək.

Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 2-7° isti, dağlarda gecə 15-20° şaxta, gündüz 3-8° şaxta olacaq.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026