• Bakı 9° C

    3.43 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Xilasedicilərimiz 50 yaşlı qadını sağ çıxardılar - VİDEO

CƏMİYYƏT

11 Fevral 2023 | 11:11

Xilasedicilərimiz 50 yaşlı qadını sağ çıxardılar - VİDEO

Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN xilasediciləri dağıntılar altında 120 saat qalmış qadını xilas ediblər.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a verilən məlumata görə, nazirliyin çevik xilasetmə qüvvələri güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Belə ki, FHN-in xilasediciləri sayəsində zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində çox mürəkkəb və riskli xilasetmə əməliyyatı nəticəsində dağıntılar altında 120 saat qalmış 50 yaşlı Fatma adlı qadın sağ xilas olunub.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026